2 manat 50 qəpiyə görə dostunu öldürmək istədi

2-manat-50-qepiye-gore-dostunu-oldurmek-istedi
Oxunma sayı: 1663

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu öldürməyə cəhddə təqsirləndirilən 1995-ci il təvəllüdlü Elvin Hümbətova hökm oxunub. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə E.Hümbətov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E.Hümbətov dostu Ceyhun Abbasovu öldürməyə cəhddə təqsirli bilinir. C.Abbasov 2 manat 50 qəpik pulu E.Hümbətova verərək başqa bir tanışlarına çatdırmasını istəyib. Amma E.Hümbətov pulu sahibinə çatdırmayıb və onların arasında mübahisə yaranıb. Bundan sonra E.Hümbətov əlini bıçağa atıb və dostunu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Murad Əhməd