2 milyard 650 milyon manat ödədi

2-milyard-650-milyon-manat-odedi-
Oxunma sayı: 2491


Bu məbləğin 39,8 faizi mənfəət vergisinin, 24,7 faizi əlavə dəyər vergisinin, 11,6 faizi fiziki şəxslərin gəlir vergisinin, 9,4 faizi aksizlərin, 14,5 faizi isə digər vergilərin payına düşür. "Qafqazinfo" xəbər verir ki, nazirliyin analitik-informasiya şöbəsindən AzərTAc-a bildirilib ki, qeyri-neft sektoru üzrə büdcəyə 1 milyard 411 milyon 900 min manat vəsait daxil olub. 

Yanvar-aprel aylarında respublika üzrə 30 min 131 vergi ödəyicisi qeydiyyata alınıb. 2014-cü il mayın 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 564 min 408 təşkil edib. Cari ilin yanvar-aprel ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91,2 faiz təşkil edib.