“2 milyard dollar lazımdır”

2-milyard-dollar-lazimdir
Oxunma sayı: 644

SalamNews xəbər verir ki, bunu sənaye və energetika naziri Natiq Əliyev bildirib.

O deyib ki, bu kəmərin ötən əsrin 90-cı illərində Türkiyəyə qədər çəkilməsi üçün 3 milyard dollar lazım idi. Amma indi qiymətlər qalxıb, vəziyyət dəyişib. Təkcə Xəzərin dibi ilə boru xəttinin çəkilməsinə 2 milyard dollar lazımdır.

Nazir söyləyib: “Transxəzər qaz kəmərinin çəkilməsi çox mürəkkəb layihədir. 1990-cı illərdə Türkmənistandan Türkiyəyə qədər bu kəmərin çəkilməsi gündəmə gətirilib və bununla bağlı çoxlu işlər görülüb. İlk növbədə bunun o vaxtlar iqtisadı əsaslanması hazırlanmışdı, ancaq indi isə bu tam başqa mərhələdə yenidən qaldırılıb. Transxəzər qaz kəməri Cənub Dəhlizi çərçivəsində mühüm layihədir və bu məsələ hazırda Avropa İttifaqı tərəfindən gündəmə gətirilib. Bununla bağlı Türkmənistan, Azərbaycan və Aİ arasında danışıqlar aparılır. Hazırda bununla bağlı iki sənədin layihəsi hazırlanır. Birincisi, layihə siyasi bir sənəddir, hansı ki, Türkmınistan, Azərbaycan dövlət başçıları və Avropa Komissiyasının prezidenti Barozzo tərəfindən imzalanmalıdır. Bu sənəd imzalanarsa, Cənub Dəhlizinin reallaşmasına dəstəkdir və eyni zamanda Transxəzər qaz kəmərinin tikilməsinin vacibliyi bir daha qeyd olunacaq. İkincisi isə Transxəzər qaz kəmərinin tikilməsi haqqında Azərbaycan ilə Türkmənistan arasında hökumətlərarası sazişin hazırlanmasıdır. Biz bununla bağlı görüşlər keçirmişik və sənəd hazırdır. Ancaq bir-iki məsələ hələ tərəflərə aydın deyil.”

N.Əliyev vurğulayıb ki, Türkmənistan tərəfi bununla bağlı razılığını bildirir. Hazırda Türkməistan tərəfi layihə üçün təqribən 30 milyard kubmetrə kimi təbii qaz verməyə hazırdır. Amma Türkmənistan tərəfi bunu öz sahilində Avropa İttifaqına verməyə hazırdır. Azərbaycan tərəfi isə öz sahilindən qazın ötürülməsinə razıdır. Ümumiyyətlə, Azərbaycan Türkmənistan tərəfdən gələn təbii qaza tam təminat verməyə hazırdır, yəni Azərbaycan tərəfi yenidən bu layihədə iştirakını dəstəkləyir və bu işlərdə fəal iştirak edəcək: “İlk növbətə, Türkmənistan və Aİ bu layihənin reallaşmasında maraqlı olmalıdırlar. Azərbaycan bu layihəyə dəstək verəcək.”