2 min metr kabel oğurladı

2-min-metr-kabel-ogurladi
Oxunma sayı: 1396

Abşeron rayonunda 3 ay öncə oğurluq edən şəxs saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, iyunun 12-də Abşeron Rayon Polis İdarəsinə cari il mart ayının 26-da Hökməli qəsəbəsi ərazisində 2 min metrə yaxın elektrik xəttinin kəsilərək oğurlandığı barədə məlumat daxil olub.

Strateji əhəmiyyət daşıyan mühüm dövlət əmlakını oğurlamaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər də məhkum olunmuş Heybət Dadaşov saxlanılıb.

Onun fevral ayının 23-də qəsəbə əarazisindəki evlərin birindən kombi aparatını oğurladığı da müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb.

Murad Əhməd