2 nəfərin ölümünə səbəb olan qəzayla bağlı - Açıqlama

2 nəfərin ölümünə səbəb olan qəzayla bağlı
Oxunma sayı: 6489

Dünən Nərimanov rayonunda baş verən dəhşətli qəza ilə bağlı rəsmi açıqlama verilib.

“Qafqazinfo” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 16-da saat 17 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində Bakı şəhər sakinləri Rəhim Manafovun idarə etdiyi “Opel”, Eldəniz Məcidovun idarə etdiyi “Toyota” , Samirə Əliyevanın idarə etdiyi “Volkswagen” və Namiq Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə R.Manafovun sərnişinlərindən Bakı şəhər sakinləri Rasim Manafov və Oleq Sinkov hadisə yerində ölüb, sürücü və digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi