2 otaqlı ev yanıb

2-otaqli-ev-yanib
Oxunma sayı: 775

Ağdam rayonunda yanğın hadisəsi baş verib.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, rayonun Sarıcalı kəndində ümumi sahəsi 140 m2 olan birmərtəbəli 2 otaqlı evin 2 otağının yanar konstruksiyaları 100 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.