2 polisin öldüyü qəza ilə bağlı - DİN-dən açıqlama

2 polisin öldüyü qəza ilə bağlı
Oxunma sayı: 2444

Daxili İşlər Nazirliyi Bakıda polis əməkdaşlarının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

"Qafqazinfo" xəbər verir ki, noyabrın 10-da saat 07.40 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Qoşqar Kərimov idarə etdiyi “Fiat Doblo” markalı avtomobili yolun kənarındakı divara vurub.

Nəticədə sürücü hadisə yerində ölüb, sərnişinləri - Elnur Məmişov və Kamal Vəliyev xəstəxanaya yerləşdiriliblər. E.Məmişov orada ölüb, K.Vəliyevin vəziyyəti orta-ağırdır.

 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi