2 uşağı ölümdən qurtardı - İstəyi ilə təəccübləndirdi

2-usagi-olumden-qurtardi
Oxunma sayı: 4433

32 yaşlı Stiven Tartt İspaniyanın Minorka şəhərində istirahət edərkən 7 və 6 yaşlı 2 uşağın həyatını xilas edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Tartt hovuz kənarında günəşlənərkən iki uşağın boğulduğunu görüb və dərhal müdaxilə edərək onları sudan çıxarıb. Ancaq onun bu yaxşılığı qarşılığında tələbləri hər kəsi təəccübləndirib.

Belə ki, Stiven “Bu hadisədən sonra istirahətim məhv oldu. Çünki bu işi xilasedici görməli idi. Hətta o qədər yoruldum ki, işdən daha 1 həftə icazə almalı oldum” deyib. O, bu səbəbdən oteldən təzminat tələb edib.

Oteldən verilən açıqlamada isə uşaqların həyatını xilas etdiyi üçün Stivenə təşəkkür bildirdiklərini və hətta ona məsləhətçi kimi iş təklifi olunduğu açıqlanıb.