2 uşaq atası işə getmək adı ilə evdən çıxdı, itkin düşdü - Foto

2 uşaq atası işə getmək adı ilə evdən çıxdı, itkin düşdü
Oxunma sayı: 1951

Şirvanda 40 yaşlı iki uşaq atası dörd gündür ki, itkin düşüb.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, 40 yaşlı Şirvan sakini İbrahimov Rövşən Vladimir oğlu 23 fevral, axşam saat 18.44-də işə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Rövşən İbrahimov Şirvan şəhər Əlillərin Regional Bərpa Mərkəzində gözətçi vəzifəsində çalışırmış.
 
Həyat yoldaşı Şəbnəm İbrahimovanın dediyinə görə, o evdən gedərkən mobil telefonunu evdə qoyub. Bu səbəbdən onunla əlaqə saxlamaq mümkün olmayıb.

Ailəsi Şirvan Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edib. 
 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi