2 “VAZ” toqquşdu - 1 ölü, 2 yaralı

2-vaz-toqqusdu
Oxunma sayı: 983

Şəmkir rayonunun Seyfəli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza iyulun 22-də saat 8 radələrində qeydə alınıb. 

Gəncə şəhər sakini Rahib Zeynalovun idarə etdiyi “VAZ-2107” və Gədəbəy rayon sakini T.Gülməmmədovun idarə etdiyi “VAZ-2121” markalı avtomobillər toqquşub. Nəticədə R.Zeynalov hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.
 
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.