2 vəkilə töhmət verilib, 1-nin fəaliyyəti dayandırılıb

2-vekile-tohmet-verilib-1-nin-fealiyyeti-dayandirilib
Oxunma sayı: 1397

Bu gün Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Kollegiyadan “Qafqazinfo”ya verilən məlumata görə, iclasda vəkillər barəsində başlanılmış 10 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, peşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu əsası ilə 2 vəkilə töhmət verilib, 1 vəkilin fəaliyyəti dayandırılıb, 1 vəkilin də Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərər qəbul olunub, digər işlər üzrə isə pozuntu aşkar edilmədiyi üçün intizam icraatına xitam verilib.

Bundan başqa, iclasda Vəkillər Kollegiyası üzvlərinin peşə fəaliyyəti zamanı yol verdikləri nöqsanlar, onlardan şikayətlər və digər məsələlərlə bağlı Vəkillər Kollegiyası Rəyasət Heyətinin “Qaynar xətti”nin yaradılması barədə qərara verilib.