2 yaşını görməyən Zəhra...

2-yasini-gormeyen-zehra
Oxunma sayı: 1915

Ötən il iyul ayında baş verən erməni təxribatına qurban gedən Zəhranın bu gün 2 yaşı tamam olur.

“Qafqazinfo” xəbər verir ki, Zəhra Quliyeva 2016-cı ilin bu günündə Füzuli rayonunun Alxanlı qəsəbəsində anadan olub.  2017-ci ilin yulun 4-də saat 20:40 radələrində Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı qəsəbəsi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində 14 aylıq Zəhra Quliyeva və nənəsi 1967-ci il təvəllüdlü Sahibə Quliyeva qətlə yetirilib.Habelə, atəş nəticəsində Sərvinaz Quliyeva yaralanıb və xəstəxanaya çatdırılaraq əməliyyat edilib.

Zəhranın ölümündən sonra sosial şəbəkələrdə geniş “I am Zahra” aksiyası keçirilib, onun faciəsi ilə bağlı kitablar yazılıb.