2 yaşlı Kənan atı qucaqladı, o isə dişlədi

2-yasli-kenan-ati-qucaqladi-o-ise-disledi
Oxunma sayı: 645

Lerik rayonunda istirahət mərkəzlərinin birinin yaxınlığında 2 yaşlı uşağı at dişləyib.

“Qafqazinfo”nun Report-a istinadən xəbərə görə, valideynləri ilə istirahətə gələn 2 yaşlı Hüseynov Kənan Anar oğlu oynamaq istəyərkən atın başını qucaqlayıb. Valideynləri isə onun şəklini çəkmək istəyiblər. Bu zaman at uşağın sinəsindən dişləyərək ona xəsarət yetirib.

Uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti orta ağırdır.