2 yaşlı qız kanalda boğulub

2-yasli-qiz-kanalda-bogulub
Oxunma sayı: 644

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2010-su il təvəllüdlü Nərmin Pərvin qızı Hüseynova kanalın ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 100 km məsafədə, nəzarət olunmayan ərazisində batıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanıb. N. Hüseynovanın cəsədi batdığı yerdən, təxminən, 100 m məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

Eldar Tanrıverdiyev