20 günün əsgəri niyə öldü?

20-gunun-esgeri-niye-oldu
Oxunma sayı: 673

Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Təranə Məmmədova AzadlıqRadiosuna deyir ki, həmin xəstəlik bir neçə gün ərzində ölümcül fəsadlar verir: «Dünyada sürətlə yayılan bir virusdur. Çox tez inkişaf edən xəstəlikdir, 2-3 günün içində insanı məhv edir. Müdafiə Nazirliyinin 4 əsgəri bu xəstəlikdən ölüb. Rus ordusunda bu xəstəlikdən 294 əsgər bu xəstəlikdən ölüb. Bundan heç kəs sığortalanmayıb».

Təranə Məmmədova Daxili Qoşunlarda gənc əsgərlərin hər cür diqqət və tibbi qayğıyla əhatə olunduğunu bildirir: «Biz burda ona neyləyə bilərdik? Şəhərin mərkəzində «karantin» keçirdilər. Kazarmada temreratur 18 dərəcədən bir dərəcə də aşağı olmur. Ona soyuq harada dəyə bilərdi? Üeməklərinə, geyimlərinə xüsusi fikir verirlər».

1994-cü ildə anadan olmuş Toğrul Rüstəmli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. O, yanvarın 28-də ölüb.

Ancaq qohumları onun qan xəstəliyindən ölməsinə inanmır. Əmisi oğlu Orxan Rüstəmli AzadlıqRadiosuna deyir ki, Toğrulun heç bir xəstəliyi olmayıb. «Xəstəliyi olubsa, xidmətə necə götürüblər?».

Orxan Rüstəmlinin sözlərinə görə, yanvarın 28-də gecə Toğrulun hosritalda olması xəbərini alıblar: «Biz ora çatanda bizimlə danışırdı. Kazarmada ona iynə vurulduğunu deyib. Təzyiqi kəskin aşağı düşmüşdü, ən çox ayaq ağrılarından şikayət edirdi».

Toğrul Rüstəmlinin ölümünə dair eksrertizanın rəyi bir həftədən sonra bilinəcək.

“Oğlum özünü öldürməüib, onu vurublar”

«Guya dediklərinə görə, gizir ona təzyiq göstərib, söyüb, təriklə vurub. Aralanıb gedəndən sonra guya oğlum özünü avtomatla vurub. Ancaq aldığım məlumata görə, oğlumu tarança ilə vurublar». Bunu AzadlıqRadiosuna ötən il dekabrın 9-da hərbi hissədə ölmüş 19 yaşlı əsgər Zeynal Zeynalovun anası Nazilə xanım deyir. Cəlilabad rayonunda hərbi xidmət keçən Zeynal yeddi ay əvvəl – arrelin 28-də xidmətə çağırılıbmış. Rəsmi məlumatda deyilib ki, o, tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində həlak olub. Ancaq Nazilə xanım bu məlumata şübhəylə yanaşır:
«Sən məni vurursan, mən də özümü öldürürəm? Heç nəyə sığmır bu dedikləri. Ört-basdır edirlər hər şeyi».

Faktla bağlı özünüöldürmə həddinə çatdırma maddəsi üzrə istintaq gedir. Lənkəran rayon Prokurorluğundan müstəntiq Vüsal Əliyev AzadlıqRadiosuna deyir ki, istintaq sirri olduğundan əlavə informasiya verə bilməyəcək.

Ötən ilin statistikası

Ötən il ordudakı itkilərin sayı 97 nəfər olub. Cəmi 16 nəfər döyüş itkisi sayılır. Üç nəfər minaya düşüb ölüb, biri əməliyyatda, 77 nəfər isə döyüşdənkənar şəraitdə həyatını itirib.

Bu ilin ilk əsgər ölümü yanvarın əvvəlində baş verib. Əsgər Ceyhun Qubatovun ailəsi onun işgəncə ilə öldüyünü bildirib, fotolarını yayıb. Üanvarın 12-də «Əsgər ölümünə son» etiraz aksiyası da keçirildi. Ancaq aksiyadan 3 gün sonra Nazirlər Kabinetindəki torlantıda Prezident İlham Əliyev dedi ki, orduda qüsurlar ola bilər, ancaq önəmli olan bu nöqsanlar və qüsurların vaxtında aşkarlanması və dövlətin ciddi ölçülər götürməsidir:
«Biz heç vaxt imkan verə bilmərik ki, antimilli ünsürlər ordumuzu qaralasınlar, ləkələsinlər, ordumuza kölgə salsınlar».

«Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti» Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədov deyir ki, cəzasızlıq mühitində durum dəyişməz qalacaq. O, əsgər ölümlərinin istintaqının da səthi ararıldığını deyir: «Kim cəzalanır? Rusların bir sözü var, «streloçnik» – buyruq və cədvələ görə yolayıran, yəni yolun səmtini dəyişən. Kasıbın birini tarırlar, yıxırlar onun boynuna. Deyirlər ki, «ona tərs baxmısan, gedib özünü öldürüb». Basırlar içəri, işi malalayıb, vəziyyətdən çıxır və kreslolarını da qoruyurlar».