“20 il Müstəqillik yollarında” adlı kitab sərgisi keçirilib - Fotolar

20-il-musteqillik-yollarinda-adli-kitab-sergisi-kecirilib-fotolar
Oxunma sayı: 659

Səbail rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, Sərgi Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi, Səbail rayon İcra Hakimiyyəti və Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən birgə hazırlanıb. Nümayiş etdirilən standlərdə İncəsənət gimnaziyası, Ə.Əzimzadə adına kollecin tələbələrinin, müxtəlif sənətkarların, «Bəzək» Yaradıcı İnsanlar Birliyinin nümayəndələrinin əl işləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Səbail rayon orta və ali məktəblərinin kollektivlərinin, rayondakı musiqi məktəblərinin gənc ifaçılarının, uşaq yaradıcılıq birliklərinin şagirdlərinin, rayon ictimaiyyətinin, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin nümayəndələrinin, yaradıcı insanların iştirakı ilə keçirilən tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov iştirakçıları salamlamış, gözəl yubiley olan Dövlət Müstəqilliyimizin 20 illiyi münasibəti ilə onları təbrik edib, fəaliyyətlərində uğurlar arzulamışdır. O, 20 il ərzində ölkəmizdə əldə olunan uğurlar, nailiyyətlər, müstəqilliyin qazanılması və möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin rolunu qeyd edərək onun siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən işlər barədə danışmışdır.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev tədbirin mahiyyəti, iştirakçıları, təşkili ilə bağlı məlumat verib.