20 marşrutun yolu dəyişdirilir - Siyahı

20-marsrutun-yolu-deyisdirilir
Oxunma sayı: 1575

20 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət istiqaməti müvəqqəti dəyişdirilir.

Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, sabahdan 22, 24, 35, 40, 49, 55, 57, 60, 76, 78, 105, 106, 113, 141, 185, 186, 191, 208, 209 və 213 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək. 

Dəyişiklik Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində aparılan yenidənqurma işləri ilə əlaqədar hərəkətin tam olaraq məhdudlaşdırılması səbəbindən edilib. Qeyd edilən tarixdən bu xətt üzrə avtobuslar alternativ olaraq, X.Xasməmmədov və L.Məmmədbəyli küçələrindən keçməklə fəaliyyət göstərəcəklər. 

Dəyişiklik məhdudiyyət tam aradan qalxanadək qüvvədə olacaq.