20 min zəli oğurladılar

20-min-zeli-ogurladilar
Oxunma sayı: 1351

Masallı rayonunda inək oğurlayanların başqa cinayətləri də aşkarlanıb.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, avqustun 8-də rayon ərazisindəki fermaların birindən 10 baş inək oğurlamaqda şübhəli bilinən qrupun digər üzvləri - Masallı şəhər sakinləri Namiq Rəhimov və Məhəmmədəjan Tağıyev saxlanılıb.

N.Rəhimovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 4 nəfərlə birlikdə avqustun 8-də rayon ərazisindəki süni göllərin birindən 20 000 ədəd zəli, habelə 2 rayon sakininə məxsus 2 baş inəyi oğurlamaları da müəyyən edilib.