20 uşaq soyuqdan öldü

20-usaq-soyuqdan-oldu
Oxunma sayı: 651

Milli.Az RİA «Novosti»yə istinadən xəbər verir ki, Kabildə mənfi 15 dərəcə şaxta qeydə alınıb ki, bu da Əfqanıstan paytaxtı üçün rekorddur. Nəticədə qaçqın düşərgələrində yaşayan 20-dən artıq uşaq donaraq ölüb.

Beynəlxalq Qırmızı Xaç Komitəsi hər kəsi qaçqın düşərcəsindəki insanlara yardım göstərməyə çağırıb. Qurumun Əfqanıstan bölməsinin rəhbəri əks təqdirdə ölənlərin sayının arta biləcəyini bildirir.

Hazırda Kabildə müxtəlif qaçqın düşərgələrində 30 mindən artıq insan yaşayır.