20 Yanvar faciəsinə həsr olunmuş seminar

20-yanvar-faciesine-hesr-olunmus-seminar-
Oxunma sayı: 642

Diaporla İŞ üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, yanvarın 17-də Helsinki şəhərinin “Caisa” Mədəniyyət Mərkəzində Finlandiya- Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş “20 yanvar 1990-cı il-Azərbaycan xalqının unudulmayan tarixi” adlı seminar keçiriləcək.

Tədbirdə 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə Ermənistana havadarlıq edən Sovet Ordusunun dinc Azərbaycan xalqına qarşı törətdiyi qırğın, ermənilər terrorçularının Azərbaycana qarşı hərbi təcavüzü, işğalçılıq siyasəti və digər məsələlərə dair məruzələr dinlənilməsi və müzakirələrin aparılması nəzərdə tutulur.