“20 Yanvar” yolunda yenə tıxac

20-yanvar-yolunda-yene-tixac
Oxunma sayı: 1893

Səhər saatlarında Xırdalan dairəsindən “20 Yanvar” metrosuna kimi tıxac müşahidə olunub. “Qafqazinfo” xəbər verir ki, tıxac səbəbindən əksər marşrut xətlərinin intervalında gecikmələr yaranıb.

Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev “Qafqazinfo”ya bildirib ki, yolda sözügedən tıxaca səbəb olacaq hər hansı bir hadisə baş verməyib:

“Biz buna bazar ertəsi sıxlığı deyirik. Hər hansı qəza, yolun bağlanması kimi bir hadisə baş verməyib. Orada tıxac səbəbsizdir”.

Günel Hacı