20 Yanvara gedən yol bağlandı

20-yanvara-geden-yol-baglandi
Oxunma sayı: 694

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin inspektoru Razi Zeynalov çərşənbə günü Trend-ə bildirib ki, körpü tikintisi ilə əlaqədar Nəsimi rayonu ərazisində Salam Habil dairəsindən 20 Yanvar dairəsi istiqamətinə yol tam bağlanıb.

Zeynalov bildirib ki, 20 Yanvar dairəsindən Salam Habil dairəsi istiqamətində avtomobillərin hərəkətinə icazə verilir. Lakin bu istiqamətdə yolda tıxac yaranır.

Bu səbəbdən İdarə sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir.