20 yaşlı futbolçu intihar etdi

20-yasli-futbolcu-intihar-etdi
Oxunma sayı: 1947

Futbol üzrə Uels millisinin gənclərdən ibarət yığmasının üzvü Coel Darlinqton intihar edib.

"Qafqazinfo" xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb onun davamlı zədələrdən əziyyət çəkməsi olub. Bu səbəbdən depressiyaya düşən 20 yaşlı Darlinqton canına qəsd edib. Onun meyiti ailə üzvləri tərəfindən qarajda tapılıb.

Qeyd edək ki, Coel Darlinqton əli sındığı üçün "Mançester Yunayted" klubuna baxışa yollanmaq fürsətini də qaçırmışdı. O, ölkəsində "Bala Taun" klubunda çıxış edib.