20 yaşlı haker “Uber”i çökdürdü, 100 min dollar mükafat aldı

20-yasli-haker-uberi-cokdurdu-100-min-dollar-mukafat-aldi
Oxunma sayı: 2068

Ötən ay “Uber” şirkəti 2016-cı ildə baş vermiş böyük kiberhücum nəticəsində 57 milyon istifadəçinin məlumatlarının oğurlanmasını etiraf etmişdi.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, şirkət bu hadisə barəsində təfərrüatlar verməsə də, “Reuters” saytının jurnalistləri hadisə ilə bağlı bəzi məlumatları əldə etməyi bacarıblar.

Məlumata görə, keçən il “Uber” kimliyi bilinməyən bir şəxsdən anonim ismarıc almışdı. Həmin ismarıcda kimliyi bilinməyən şəxs oğurlanmış məlumatlar qarşılığında pul tələb edirdi. Şirkət isə öz növbəsində həmin şəxsin kimliyinin müəyyən edilməsi və bu barədə məlumat verilməməsi şərti ilə 100 min dollar ödəməyə razılıq verib.

Nəticədə məlum olub ki, həmin haker Floridada yaşayan 20 yaşlı gənc imiş.

Oğurlanmış məlumatların həqiqətən də məhv olmasına əmin olmaq üçün “Uber” hakerin kompüterini detallı şəkildə incələyib.