20 yaşlı millimiz

20-yasli-millimiz
Oxunma sayı: 656

“Qafqazinfo”nun Qol.az-a istinadən verdiyi məlumata görə, Azərbaycan milli komandası tarixinin ilk oyununu 1992-ci il məhz sentyabrın 17-də keçirib.
Həmin gün Gürcüani şəhərinə səfər edən millimiz Gürcüstanla yoldaşlıq matçına çıxıb. Nazim Süleymanovun ilk qolumuzun müəllifi olduğu qarşılaşmada komandamız 3:6 hesabı ilə məğlub olub.

Qeyd edək ki, 20 yaşlı yığmamız bu müddətdə 189 oyuna çıxıb. Millimiz 34 qələbə qazanıb, 47 heç-heçə edib və 108 dəfə uduzub. Bu qarşılaşmalarda 133 top vuran futbolçularımız 336-nı buraxıb.