20 yaşlı qızı sevdiyi oğlan qaçırıb - Yenilənib

20-yasli-qizi-sevdiyi-oglan-qacirib-yenilenib
Oxunma sayı: 901

Yasamal rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, adı açıqlanmayan gənc qızın kimlər tərəfindən və hansı məqsədlə qaçırıldığı hələlik məlum deyil.

Qızın qaçırılması barədə ailəsi polisə məlumat verib.
1992-ci il təvəllüdlü qızın tapılması üçün əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

***
Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsindən Milli.Az-a verilən məlumata görə, 21 yaşlı Vüsalə Həsənovanın valideynləri polisə müraciət edərək qızlarının yoxa çıxdığını bildiriblər.

Məlum olub ki, V.Həsənova sevdiyi oğlan tərəfindən qaçırılıb. Keçirilən əməliyyat nəticəsində hadisənin "qəhrəmanı" olan 20 yaşlı Elçin Hüseynov saxlanılıb. O, polisə ifadəsində qızı evlənmək məqsədi ilə qaçırdığını bidirib.

Hazırda araşdırma aparılır.