2012-ci il “Güney Azərbaycan ili” elan edildi

2012-ci-il-guney-azerbaycan-ili-elan-edildi
Oxunma sayı: 637

Dalğa Gənclər Hərəkatı (GH) mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, hərəkatın Əsasnaməsinin 1.3 bəndində bəyan edildiyi kimi hərəkat Güney Azərbaycan türklərinin hüquqlarının qorunmasını da öz prinsipləri arasına daxil edib: “1.3. Dalğa GH Azərbaycanda azad, demokratik, hüquqi, dünyəvi, sivil, liberal və xoşbəxt vətəndaşları olan dövlətin qurulması naminə fəaliyyət göstərir. Bunun üçün Hərəkat təhsil, azadlıq, liberal dəyərlər, vicdanlılığın və ləyaqətliliyin təbliğini həyata keçirir. Bununla yanaşı Dalğa GH öz dəyərlərini Azərbaycan hüdudlarından kənarda da təbliğ edir. İnsanlığı, sülhü və inteqrasiyanı vacib hesab edən Hərəkat yalnız Güney Azərbaycanda (İranın Azərbaycan türkləri yaşayan hissəsi) millətçi hərəkatı dəstəkləyir! Çünki, Güney Azərbaycan türklərinə qarşı assimlyasiya siyasəti həyata keçirilir və bu halda həmin toplum BMT tərəfindən də təsbit olunan "Xalqların öz müqəddəratını təyin etmək hüququ"ndan istifadə etmək haqqına sahibdir”.

“Son illərdə İran İslam Respublikasında xaqlara qarşı assimlasiya siyasətinin şiddətlənməsini, insan haqlarının və azdlıqların heç bir dəyər tanımadan kobud şəkildə pozulmasını müşahidə edirik. Bu həqiqət İran vətəndaşları tərəfindən dəfələrlə dünya ictimaiyyətinə çatdırılıb. Lakin, insan dəyərlərinin qorunmasını əsas prinsip seçən təşkilatların reaksiyasını yetərli hesab etmədiyimizdən 2012-ci ili Güney Azərbaycan ili elan edirik. Dalğa Gənclər Hərəkatı olaraq yalnız azərbaycanlılar üçün deyil, insanı dəyər hesab edən hər kəs üçün bu ilin Güney Azərbaycan ili olmasını istərdik.” bu sözləri Hərəkatın sədri Orxan Nəbiyev öz bəyanatında bildirib.

O, qeyd edib ki, il çərçivəsində təşkilat bu istiqamətdə silsilə tədbirlər keçirməklə yanaşı, beynəlxalq qurumların Güney Azərbaycan məsələsi ilə bağlı obyektiv mövqe tutması istiqamətində də geniş fəaliyyət göstərəcək.


Sədan