“Qafqazinfo” xəbər verir ki, bu gün ümumuilkdə 4 görüş keçiriləcək ki, bunların da 2-si paytaxda , 2-si əyalətdə olacaq. “Sumqayıt”ın qonağı olacaq “Kəpəz” ilin son oyununda məğlubiyyət sindromunu qırmaq niyyətindədir.
Turun maraqlı görüşü isə “Qarabağ”la “Xəzər Lənkəran” arasında olacaq. “Neftçi” üzərində qələbə qazana lənkəranlılar bu oyuna daha yaxşı əhval- ruhiyyə ilə çıxacaqlar. Son turun bugünkü proqramı isə belədir.
Saat 14:00 “Turan” – “Qəbələ” Tovuz şəhər stadionu
Saat 15:00 “Simurq” – “Rəvan” Zaqatala Olimpiya İdman Kompleksinin stadionu
Saat 16:00 “Sumqayıt” – “Kəpəz” Bayıl Areana
Saat 16:00 “Qarabağ” – “Xəzər Lənkəran” Tofiq Bəhramov adına Respublika stadionu
İqbal