2013-ün ilk havası - Qar yağacaq

2013-un-ilk-havasi-qar-yagacaq
Oxunma sayı: 635

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Qafqazinfoya daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 30-dan 31-nə keçən gecə və səhər havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi axşama doğru nisbətən mülayimləşəcək.

Dekabrın 31-i axşam, 31-dən yanvarın 1-nə keçən gecə və yanvarın 1-də gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturunun axşam 1-3 dərəcə isti, gecə 0-2 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, sinoptiklər bayram günləri ilə bağlı hər gün yenilənmiş məlumat təqdim edəcəklər.