2016-cı ilədək mobil reklam bazarının həcmi 2 dəfədən çox artacaq

2016-ci-iledek-mobil-reklam-bazarinin-hecmi-2-defeden-cox-artacaq
Oxunma sayı: 646

“Qafqazinfo”nun “ICTnews.az” elektron xəbər xidmətinə istinadən bildirir ki, 2013-cü ildə mobil reklam bazarının həcmi 11,4 milyard dollara bərabər olacaq.

Müqayisə üçün bildirək ki, 2012-ci ildə bu göstərici 9,8 milyard dollar təşkil etmişdi. Artım 19 faiz təşkil edəcək.

Ekspertlər etiraf edir ki, mobil reklam bazarı gözlənildiyindən daha yüksək templə inkişaf edir. Bu, “ağıllı” telefon və planşetlərin populyarlaşması ilə bağlıdır. Yaponiya və Cənubi Koreya mobil qurğularda göstərilən reklam elanlarından əldə olunan gəlirin həcminə görə ön mövqedə qərarlaşıb.