2018-ci ilin futbol üzrə dünya çempionatı bu şəhərlərdə olacaq

2018-ci-ilin-futbol-uzre-dunya-cempionati-bu-seherlerde-olacaq
Oxunma sayı: 4792

DÇ-2018-in keçirilməsinə 13 şəhər iddia edirdi: Moskva, Sankt-Peterburq, Kalininqrad, Yaroslavl, Nijni Novqorod, Kazan, Samara, Saransk, Volqoqrad, Rostov, Soçi, Krasnodar və Yekaterinburq.

Hələ iki gün əvvəl Rusiyanın idman naziri Vitali Mutko bildirmişdi ki, artıq seçim edilib. “FİFA 2018-ci ilin dünya çempionatının oyunlarını qəbul edəcək 11 şəhər və 12 stadionu təsdiqləyib”, - nazir deyib.

DÇ-2018-i qəbu edəcək şəhərlərin yekun siyahısı belədir: Sankt-Peterburq, Yekaterinburq, Soçi, Kazan, Nijni Novqorod, Samara, Rostov, Kalininqrad, Volqoqrad, Saransk və Moskva.

FİFA ekspertləri şəhərlərin seçimində onların infrastukturunu, sosial-iqtisadi inkişaf səviyyəsi, DÇ-2019-ə hazırlıq üzrə investisiya proqramı, çempionatın keçirilməsi konsepsiyası kimi meyarları nəzərə alıblar.