202 saylı avtobusun sürücüsü işdən azad edildi

202-sayli-avtobusun-surucusu-isden-azad-edildi
Oxunma sayı: 1110

SİA-nın məlumatına görə, araşdırmalardan sonra şəhərarası hərəkət edən “Daewoo” markalı avtobusun sürücüsü baş verən yol qəza hadisəsində suçlu bilinməyib. Ancaq araşdırmalar sübut edib ki, yol qəzası "VAZ-2107" sürücüsünün qırmızı işıqda yolu keçməsi nəticəsində baş verib.
Xatırladaq ki, aşar yol qəza hadisəsi ayın 17-də Milli Bankın yaxınlığında baş verib. Qəza zamanı "VAZ-2107" markalı nəqliyyat vasitəsi 202 nömrəli şəhərarası marşruta çırpılıb.
Qəza nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb. Ölən və yaralananlar arasında türk vətəndaşları var