2020-ci il olimpiadası üçün medallar smartfonlardan hazırlanacaq

2020-ci il olimpiadası üçün medallar smartfonlardan hazırlanacaq
Oxunma sayı: 584

2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunları üçün medallar elektron tullantılardan istehsal ediləcək.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, atılmış və yenidən emala verilmiş cihazlardan tonlarla bürünc, gümüş və qızıl materiallar əldə olunacaq.

Yaponiyada bir çox şirkət, yerli və xarici idmançılar bu ideyaya böyük dəstək veriblər. Bu təşəbbüs nəticəsində bələdiyyələr 47 min 488 ton elektron tullantı yığıblar. Bura həmçinin istifadəçilərin NTT DOCOMO adlı yerli mobil operatoruna geri qaytardıqları 5 milyon ədəd köhnə mobil telefon da daxildir. Bundan əlavə olaraq poçt məntəqələrində və digər ictimai yerlərdə köhnə cihazların təhvil verilməsi üçün xüsusi məntəqələr də quraşdırılıb.

Hələ keçən ilin iyununda 2700 kq yenidən emal edilmiş bürünc əldə edilmişdi. Keçən ilin oktyabr ayında isə təşkilatçı komitə bildirmişdi ki, onlar lazım olan 30.3 kq qızılın 93.7%-ni, 4100 kq gümüşün isə 85.4%-ni əldə ediblər.

Komitə əmindir ki, artıq yığılmış ehtiyyatlar sayəsində onlar bu ilin 31 mart tarixinə kimi medalların istehsalı üçün lazımi material həcmini əldə edə biləcəklər.

Qeyd edək ki, Yay Olimpiya Oyunları 2020-ci ildə 24 iyuldan 9 avqusta kimi keçiriləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi