“2020-ci ilə qədər 8,5 milyard dollara çatacaq”

2020-ci-ile-qeder-85-milyard-dollara-catacaq
Oxunma sayı: 959


Bunu YAP Siyasi Şurasının üzvü, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "Azərbaycan 2013-2018: Yeni hədəflərə doğru” mövzusunda keçirilən konfransda deyib. O, bir çox məsələlərə toxunaraq həmçinin bildirib ki, bu gün Azərbaycanda İKT-nin inkişafı bir çox beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir: “Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan internetin inkişafına görə MDB və Mərkəzi Asiya ölkələri arasında 70 faizlik göstərici ilə birinci yerdədir. Azərbaycanda İKT-dən əldə edilən gəlir təxminən 2 milyard dollardır və 2020-ci ilə qədər bu göstəricinin 8,5 milyard dollara çatacağı gözlənilir. Beləliklə, hədəf ümumi daxili məhsulun formalaşmasında İKT-nin payını 10 faizə çatdırmaqdır. Buna nail olmaq üçün orta illik artımın 15-18 faiz təşkil etməsi planlaşdırılıb. Ümumiyyətlə telekommunikasiya, internet və radio-televiziya yayım infrastrukturunun inkişafı əsas hədəflər sırasına daxildir”. 

Rabitə və informasiya texnologiyaları naziri qeyd edib ki, 2020-ci ilədək İKT sahəsinə dövlət tərəfindən 3-3,3 milyard dollar, özəl sektor tərəfindən də təxminən eyni həcmdə sərmayə yatırılacağı gözlənilir.