2043 nəfərin sərvəti 3,7 milyard nəfərdən daha çoxdur

2043-neferin-serveti-37-milyard-neferden-daha-coxdur
Oxunma sayı: 802

Humanitar yardım təşkilatı olan “Oxfam” dünyada milyarderlərin sayının artması və bunun fonunda yoxsulların sayının da çoxalması ilə bağlı hesabatını açıqlayıb.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, dünya əhalisinin sadəcə 1 faizini təşkil edən varlı şəxslərin ümumi sərvəti qlobal sərvətin 82 faizini təşkil edib.

3,7 milyard yoxsul əhalinin isə (dünya əhalisinin təxminən 50 faizi) heç bir sərvəti yoxdur.

Hesabatda qeyd edilib ki, 2010-cu ildən bu günə qədər milyarderlərin gəliri normal insanlara görə 6 dəfə daha çox artıb. 2016-2017-ci illərin mart ayları arasında isə hər iki gündə bir yeni milyarder ortaya çıxıb və hazırda dünyada 2043  milyarder var.

“Oxfam”ın direktoru Vinni Byanyima deyib ki, mövcud vəziyyət iqtisadiyyatın inkişafı deyil, uğursuz iqtisadi sistemlərin nəticəsidir. O, bunu ədalətsizlik adlandırıb.

Qeyd edək ki, bu hesabat 23-26 yanvar tarixlərində keçiriləcək “Davos” İqtisadi Forumunda müzakirəyə çıxarılacaq.