21-ci əsrin oğurluğu

21-ci-esrin-ogurlugu
Oxunma sayı: 647

“Qafqazinfo”nun AzNews.az-a və İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu oğurluğu onilliyin ən müdhiş oğurluğu hesab etmək olar.

Qalereya işçiləri cinayət haqda binadan uzun paltolu, qara eynəkli, üzünün bir hissəsi şərflə örtülmüş kişi çıxdıqdan sonra duyuq düşüblər. Hazırda banditizmlə mübarizə briqadasının əməkdaşları oğrunun tutulması istiqamətində tədbirlər görürlər.

Xatırladaq ki, bu, həftə ərzində Parisdə oğurlanan ikinci incəsənət əsəridir. Cümə axşamı Luvr muzeyində saxlanılan qədim yunan Allahlarından birinin 40-95 min avro dəyərində olan mərmər heykəlinin surəti oğurlanıb. Kameraya düşən görüntüdə oğrunun heykəli mağazadan paltarının altında çıxardığı aydın görünür. Polis hər iki cinayətin əlaqəli olduğunu istisna etmir.