“21 dekabr” üçün hava proqnozu

21-dekabr-ucun-hava-proqnozu
Oxunma sayı: 1408

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycanın rayonlarında isə dekabrın 21-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 7-12, yüksək dağlıq ərazilərdə 13-18, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gün ərzində Bakıda və Abşeron yarımadasında atmosfer təzyiqinin təzadlı dəyişməsi, arabir güclənən giləvar küləyinin dekabrın 21-də axşam xəzri küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əsasən əlverişsizdir.