21 dekabr xaosu

21-dekabr-xaosu
Oxunma sayı: 652

Və özünü ağıllı hesab edən min alim, astroloq, elm adaları çıxıb deyir ki, “Ay insanlar, inanmayın bunun heç bir elmi əsası yoxdur.” Amma yenə də sadə, biçarə əhali inanmır ki, inamır.

Birdən olsa?


Mənim aləmimdə sözügedən mövzuya münasibətdə insanlar 3 qrupa bölünür. Dəlilsiz, şərtsiz bunan inanlar, heç inanmayanlar və bir də özünü inanmamış kimi göstərib az da olsa inanlar. Birinci qrup insanlarla hər şey aydındır. Bu insanlar cəmiyyət üçün elə də təhlükəli deyil.Onları emosional, zəif iradəli, cahil və. s adlandırmaq olar. İkinci qrup insanlarla da hər şey aydındır. Ağıllı, möhkəm iradəli insanlardır.Belə insanların təəssüf ki, sayı azdır. Üçünncü qrup insanları isə cəmiyyətimiz və insanlıq üçün təhlükəli hesab etmək olar. Özünü inanmamış kimi göstərib, az-maz da olsa inananlar. Ətrafımızda belə insanlar çoxdur. Misal üçün tanışımın tanışlarından biri mağazaya girib şam alır, soruşanda deyir ki, hədiyyə üçün alıram. Qapı qonşumuz da o gün deyir ki, “Mən inanmıram. Amma hər ehtimala qarşı alıram. Nə ziyanı varki aldıqlarımın. Birdən olsa?”

Bu minvalla mağzaya axışıb, suxarı və peçenyə alanlar tanıyıram. İnanın, o gün böyük marketlərdən birində bir nəfər gördüm, bütöv karzini 80-100 manatlıq şam, və peçenyələrlə doldurmuşdu. Səhər radioya qulaq asıram, tamaşaçı zəng edib deyir ki, “Mən marketdə satıcıyam.O gün biri gəlib bizdən 300 ədəd çörək və bir o qədər də şam aldı.”

Bəzi insanlar isə dağıntılar olacağı təqdirdə daha az zərər görmək üçün həmin gün bağ evinə toplaşacaqlar. Maraqlısıdır ki, belə davrananlar arasında ali təhsillilər də var. özü də çox.
Belə düşüncəli sakinləri olan dünya dağılmasın neyləsin?
Mən hələ tanınmışları, incəsənət, siyasi vw ictimai xadimləri demirəm. Saytlardan birində belə bir xəbər oxudum: “Dünya ulduzları – Cenifer Lopez, Ancelina Coli və Bred Pit uşaqları ilə sabah Türkiyənin Şirincə kəndinə gələcəklər.” Guya dekabrın 21-də qiyamət qopacağı halda İzmirin Şirincə qəsəbəsi dağılmayacaq. Bu minvalla Şirincə kəndinə “Qiyamət günü”nə qədər 100 min nəfər gələcək. Üstəlik bu insanlar arasında tanınmış siyasi xadimlər də var. Düşünün heç bir əsası olmadan insanlar minlərlə kilometr yol qət edirlər.

Yaxşı, tutalım həmin gün qiyamət qopacaq. O zaman qiyamətə hazırlaşmaq, dua etmək daha doğru çıxış yolu deyilmi? .. Görünür, bu insanlar həyatları boyu etdikləri günahlarla o dünyaya tələsmirlər. Axı hesab zamanı nə cavab verəcəklər?

Düşünün, dünya miqyasında insanlar bu şaiyəyə inanır, ona uyğun hərəkət edirlər. Bəlkə Dalay Lamanın proqnozuna görə yox, bütün bunlardan sonra qiyamət qopa. Belə düşüncəli sakinləri olan dünya axı dağılmasın neyləsin?


21 dekabır xofu infarkt riskini artırır

Adamlar tanıyıram 21 dekabr söz-söhbətləri çıxan gündən ürək xəstəliyi tutub. Burada bəzi kütləvi informasiya vasitələrinin rolu da az deyil. Uzaq bir qohumumuz var. Yaşlı qadındır. Deyir o gün saytlardan birində bununla bağlı yazı oxuyub. Orada rusiyalı və bir sıra yerli mütəxəssislər açıqlama verib ki, bu düzgün söhbətdir. O gündən bu günə qadın rahat yata bilmir. Ürək ağrısı tutub. Təsəvvür edin o günü gözləyən neçə insan21 dekabracan infarkt keçirə bilər. Mən hələ intihar edə biləcək zəif iradəliləri demirəm.

Bütə sitayiş...

Mənə görə bu söz-söhbətə inanmaqla bütə sitayiş etmək arasında heç bir fərq yoxdur. Çünki, bu xofu ortalığa atan buddist dini lider Dalay Lamadır. və onun fərziyələrinə inanmaq elə bütə inanmaq kimi bir şeydir. Bu boyda islam alimlərinə inanmayıb, Lama xofuna düşməyə başqa nə ad vermək olar ki?

İslama görə, dünyanın sonu olacaq. Ancaq bunun vaxtını uca yaradandan başqa heç kimi bilə bilməz. İş yoldaşlarımdan biri o gün bu mövzu ilə bağlı çox ağıllı və yerində bir fikir səsləndirdi : “Əgər kimsə gizlincə ürəyində kiçik bir şübhə keçirdisə tez kəlməyi-şəhadət gətirsin.”