“21 dekabr”a görə qiymətlər qalxdı

21-dekabra-gore-qiymetler-qalxdi
Oxunma sayı: 632

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Maya təqvimində qiyamətdən yan keçəcəyi deyilən İzmirdə yerləşən bu kənddə bütün otellərdə yerlər əvvəlcədən sifariş olunub. Daha çox sayda insanın gələcəyi təqdirdə onların çadırlarda yatmaq məcburiyyətində qalacağı deyilir.

Artıq otel sahibləri qiymətləri qaldırıblar.

Bəzi sahibkarlar isə fürsətdən yararlanaraq “21 dekabr 2012 Qiyamət Günü” adlı xüsusi şərab hazırlayıblar. Artıq indidən şərabın böyük marağa səbəb olduğu bildirilir.