21 klub mübarizə aparacaq

21-klub-mubarize-aparacaq
Oxunma sayı: 645

“Qafqazinfo” xəbər verir ki, bu klublardan 12-si Topaz Premyer Liqasını, qalan 9-u isə I Divizionu təmsil edir.

Həmin klubların siyahısını təqdim edirik: “Neftçi”, “Xəzər Lənkəran”, “İnter”, “Qarabağ”, “Bakı”, “Qəbələ”, AZAL, “Rəvan”, “Kəpəz”, “Simurq”, “Turan”, “Sumqayıt”, “Qaradağ Lökbatan”, “Neftçala”, “Bakılı”, “Lokomotiv”, “Tərəqqi”, “Şuşa”, MOİK, “Ağsu”, “Qala”.

Əsasnaməyə uyğun olaraq Azərbaycan kubokunun 1/4 finalınadək komandalar qalibi bir oyunda müəyyən edəcək. 1/4 final mərhələsinindən başlayaraq isə cütün qalibi ev və səfər oyunlarında alınmış nəticələrə görə müəyyən ediləcək.

Cümə günü, oktyabrın 12-də 2012/2013-cü il Azərbaycan kubokunun püşkatma mərasimi isə oktyabrın 12-də keçiriləcək. AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 16:00-da başlayacaq.