21 min manatlıq oğurluq edən qadın həbs edildi

21-min-manatliq-ogurluq-eden-qadin-hebs-edildi
Oxunma sayı: 664

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Tamilla Abdulsalmanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə ilkin hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib.

T.Abdulsalmanova barəsindəki qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qərarı verilib. O, məhkəmə zalında həbs edilib.

Məhkəmə prosesi iyulun 5-də davam etdiriləcək.

Qeyd edək ki, T.Abdulsalmanova 21 min manatlıq oğurluq etməkdə ittiham olunur.

Murad Əhməd