21 notariusun fəaliyyətinə xitam verilib

21-notariusun-fealiyyetine-xitam-verilib
Oxunma sayı: 3290

Ədliyyə Nazirliyində nazir müavini Toğrul Musayevin yeni təyin olunan notariuslarla görüşü olub.
 
Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən xəbərə görə, görüşdə ötən dövrdə bir sıra notariuslara işindəki qüsurlara görə xəbərdarlıq edildiyi,  fəaliyyətində yol verdiyi ciddi nöqsanlara, habelə müsahibələrdə müvafiq bilik nümayiş etdirə bilmədiklərinə görə 21 nəfərin fəaliyyətinə xitam verildiyi qeyd olunub.

Yeni notariuslara xidməti vəzifələrini layiqincə yerinə yetirmələri, etik davranış qaydalarına dönmədən əməl olunmaları barədə tövsiyə və tapşırıqlar verilib.

Sonda notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamələr təqdim edilib.