21 yaşlı futbolçu Yeni ili qeyd edib özünü öldürdü

21 yaşlı futbolçu Yeni ili qeyd edib özünü öldürdü
Oxunma sayı: 1561

Hindistanda futbolçu Yeni il şənliyindən sonra intihar edib. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Sportinq klub de Qoa”nın 21 yaşlı oyunçusu Avrxisto Fernandesin öldüyünü dostları müəyyən edib. Belə ki, Fernandes yoldaşlarına qapını açmayıb. Bu zaman onlar narahat olaraq polisə xəbər veriblər.

Futbolçunun intihar səbəbi hələlik məlum deyil.

Qeyd edilir ki, 21 yaşlı Avrxisto ölümündən bir neçə saat əvvəl kilsədə bayram duası edilən mərasimə qatılıb.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi