21 yaşlı gənc 22 yaşlı həmkəndlisini öldürmək istədi

21-yasli-genc-22-yasli-hemkendlisini-oldurmek-istedi
Oxunma sayı: 1049

Biləsuvar rayonunda qonşusunu öldürmək istəyən şəxs saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, rayonun Bəydili kənd sakini 1998-ci il təvəllüdlü Nicat Əzimzadə Biləsuvar Mərkəzi bazarında yerləşən, atası Qalabəy Zeynalova məxsus ərzaq mağazasında həmkəndlisi, 1997-ci il təvəllüdlü Elvin Xanəhmədli ilə mübahisə edib. Daha sonra onu bıçaqlayaraq sağlamlığına ağır xəsarət yetirməklə onu öldürmək istəyib. Yaralı E.Xanəhmədli Biləsuvar Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, vəziyyəti normaldır.

Faktla bağlı Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. N.Əzimzadə istintaqa ifadəsi zamanı əməlini etiraf edərək E.Xanəhmədlini öldürmək istədiyini deyib.

Murad Əhməd