21 yaşlı sürücü yaşlı qadının ölümünə səbəb oldu

21-yasli-surucu-yasli-qadinin-olumune-sebeb-oldu
Oxunma sayı: 1679



"Qafqazinfo"ya BŞBPİ-dən verilən məlumata görə, mayın 29-u saat 09:30 radələrində Sabunçu qəsəbəsi E.Mehdiyev küçəsində Kürdəmir rayon sakini, 1993-cü il təvəllüdlü Ağakərim Mehtiyev idarə etdiyi "Ford" markalı avtomobillə Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Sinavər Ziyadxanovanı vurub. 

S. Ziyadxanova isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.