22 yaşlı gənc evinin yaxınlığında döyüldü

22-yasli-genc-evinin-yaxinliginda-doyuldu
Oxunma sayı: 644

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində döyülmə hadisəsi qeydə alınıb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Mirzəliyev Zahid Mais oğlu yaşadığı evin yaxınlığında naməlum şəxslər tərəfindən döyüb.

Ağır xəsarət alan gənc xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.