22 yaşlı gənc özünü asıb

22-yasli-genc-ozunu-asib
Oxunma sayı: 2168

Göygöldə intihar hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Göygöl şəhərində qeydə alınıb.

Rayon sakini 1995-ci il təvəllüdlü Məmmədov Heydər Yasin oğlu yaşadığı evdə özünü asaraq intihar edib. H. Məmmədovun hansı səbəbdən intihar etdiyi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.