22 yaşlı kişi bıçaqlanıb

22-yasli-kisi-bicaqlanib
Oxunma sayı: 674

Göygöldə bıçaqlanma olub.

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə rayonun Köşkü kəndində baş verib. Kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Ruslan Adil oğlu hələ ki, şəxsiyyəti məlum olmayan şəxs tərəfindən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilərək əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

Elmar Əli