220 jurnalist ev istəyir

220-jurnalist-ev-isteyir
Oxunma sayı: 912


Bu sözləri Movqe.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov söyləyib. Ə. Amaşov bildirib ki, hazırda namizədlərin sənədlərinə baxılır: "Sənədləri nəzərdən keçiririk. Ola bilər ki, kiminsə sənədində çatışmazlıq olsun. Hazırlıq başa çatan kimi, siyahı sənədlərlə birgə Prezident Administrasiyasına göndəriləcək. Siyahıda 220-dən çox jurnalistin adı var".
Ə. Amaşov siyahıda göstərilən namizədlərin kriteriyalara uyğun gəlib-gəlmədiyinin MŞ tərəfindən araşdırılmadığını da bildirdi: "MŞ-ya təqdim edilən siyahıdakı jurnalistlər redaksiyaların kollektiv olaraq gəldiyi qənaətdir. Onların hansının evi olduğunu, hansının evinin olmadığını redaksiyalarda daha yaxşı bilirlər. Amma qeyd edim ki, ölkə prezidentinin sərəncamında da təkcə evsiz jurnalistlər yox, mənzil şəraiti yaxşı olmayanlar da nəzərdə tutulub”.
Qeyd edək ki, iyunun 15-də jurnalistlər üçün tikilmiş çoxmərtəbəli binanın mənzillərinin sahiblərinin müəyyənləşdirilməsi üzrə redaksiyalardan irəli sürülən namizədlərdən, eləcə də fərdi müraciətçilərdən sənəd qəbulu başa çatıb. Ümumilikdə MŞ üzvü olan 27 gündəlik, 35 həftəlik-aylıq qəzetdən, 13 informasiya agentliyindən, 7 xəbər portalından və 5 jurnaldan müraciət daxil olub. Redaksiyalardan 150 namizədin adı verilib. 70 nəfər isə fərdi müraciət edib".