228 yaşayış məntəqəsi İŞİD-dən azad edilib

228-yasayis-menteqesi-isid-den-azad-edilib
Oxunma sayı: 639

Suriya ordusu 2017-ci ildə 228 yaşayış məntəqəsini İŞİD terrorçularından azad edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Suriya ordusu tərəfindən 2017-ci ilin yanvarın 1-dən başlayaraq İŞİD terror təşkilatı nəzarətindən azad edilən yaşayış məntəqəsinin sayı 228-ə çatıb”,- deyə məlumat qeyd edilib.